Bakıda 14 evdən oğurluq edən şəxs tutuldu

Bakıda 14 evdən oğurluq edən şəxs tutuldu
SOSİAL

09 dekabr 2019, 16:48

Mətn ölçüsü

Bakıda silsilə oğurluqlar edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş R.İbrahimovun ətrafında Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki daha 14 evdən pul, qızıl-zinət əşyaları və noutbuk oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.