Həbsdə olanların şəxsiyyət vəsiqələri DƏYİŞDİRİLDİ

Həbsdə olanların şəxsiyyət vəsiqələri DƏYİŞDİRİLDİ
SOSİAL

10 dekabr 2019, 15:14

Mətn ölçüsü

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin birgə əməkdaşlığı ilə cəzaçəkmə müəssisələrində səyyar formada xidmətlər həyata keçirilir.

"ASAN" Xidmətdən News24.az-a verilən məlumata görə, cari ilin aprel ayından start verilən tədbirlər Səyyar ASAN xidmət çərçivəsində reallaşdırılır.

Bu çərçivədə penitensiar xidmət müəssisələrində çəza çəkən şəxslər üçün şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir. Bu günə qədər Bakı şəhəri üzrə 2 istintaq təcridxanası,  17 cəzaçəkmə və 1 müalicə müəssisəsi, Gəncə şəhəri üzrə 1 istintaq təcridxanası, Şəki şəhəri üzrə 1 pentensiar xidmət müəssisəsi olmaqla,  ümumilikdə 1300-dən çox şəxs müvafiq xidmətdən yararlanıb.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.