Bakının bu ərazilərində SU OLMAYACAQ
    • 11-12-2019, 11:23
    • 580

Bakının bu ərazilərində SU OLMAYACAQ

Bakı şəhəri Səbail rayonu ərazisində magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar  11 dekabr 2019-cu il tarixində gün ərzində Badamdar qəsəbəsi və 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

News24.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.