Mehriban Əliyeva:
    • 12-12-2019, 09:17
    • 1 065

Mehriban Əliyeva: "Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm"

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “İnstagram” və "Facebook" səhifələrində dünya şöhrətli siyasi xadim, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib. 

News24.az
xəbər verir ki, paylaşımda bu fikirlər yer alıb: "Bu gün – 12 dekabr – Azərbaycanın və Azərbaycan xalqının həyatında və taleyində silinməz iz qoymuş dahi şəxsiyyət Heydər Əliyevin anım günüdür. Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm. Ölkəmizə sülh və tərəqqi arzulayıram".