"Yüz manata ehtiyacım olan  zamanda məni işdən çıxardılar"- BRİLLİANT DADAŞOVA - VİDEO
    • 12-12-2019, 16:39
    • 1 027

"Yüz manata ehtiyacım olan zamanda məni işdən çıxardılar"- BRİLLİANT DADAŞOVA - VİDEO

“Mən o zaman institut tələbəsi olaraq mübarizəmi aparırdım, amma 1991-ci ildə Xalq Cəbhəsi gələn kimi, işdən birinci məni çıxartdılar. Ən çətin vaxtlar idi. Məəttəl qaldım. Axı, mən mübarizə aparmışam. Şaumyanın, On Birinci Qızıl Ordunun heykəlinin qarşısında “Baş kəsənin büstünə bax” demişəm və buna görə o vaxtı töhmət də almışam. Xalq Cəbhəsi gələndən sonra isə birinci məni işdən çıxardılar”

News24.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Hər şey daxil” verilişində Heydər Əliyevin hakimiyyətə gələnə qədər yaşadıqlarından danışarkən deyib:“Bilirsiniz məni nə vaxt işdən çıxarmışdılar? Yüz manata ehtiyacımız olan zamanlarda. Mən televiziyadan yüz-yüz əlli manat maaş alırdım. Çox çətin vaxt idi. Müharibə şəraitində idik, evə bir qəpik pul gəlmirdi. Uşağımız balaca idi, ona baxmaq lazım idi. Getdim maaş almağa, mənə dedilər ki, işdən çıxarılmısan. O ərəfədə hakimiyyətə Ulu Öndərimiz gəldi və o, Babək müəllimə tapşırmışdı ki, Xalq Cəbhəsi kimi işdən çıxarıbsa, hamısını geri qaytarın. Bunu eşidəndə ağlaya-ağlaya televiziyaya getdim”. 

B.Dadaşova həmin illər ölkədəki özbaşınalıqlara görə, insanların həyatının təhlükədə olduğunu da bildirib:
“Mənim kimi qadın da çantasında silah gəzdirirdi. Çünki blokumuza silahsız girmək mümkün deyildi. hər an hər şey ola bilərdi. Çantamın içində silahı çəkib sonra binaya daxil olurdum. Yanımda sürücüm və başqa adamlar olsa da, qorxurdum. Çünki hər addımbaşı oğurluq, adam öldürmək, insanların qarşını kəsmək var idi”.