Vilayət Eyvazov onu yeni vəzifəyə təyin etdi
    • 16-12-2019, 20:02
    • 1 614

Vilayət Eyvazov onu yeni vəzifəyə təyin etdi

Daxili İşlər naziri Vilayət Eyvazov qurumun Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadəni vəzifəsindən azad edib.
News24.az xəbər verir ki, nazirin digər əmri ilə O.Mansurzadə Yasamal Rayon Polis İdarəsinin rəisinin köməkçisi vəzifəsinə təyin olunub.
Məlumatı "Qafqazinfo"ya açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov təsdiqləyib.