"Azərbaycanda 10-a yaxın ahıllar evi tikiləcək" - Nazir AÇIQLADI
    • 17-12-2019, 11:14
    • 598

"Azərbaycanda 10-a yaxın ahıllar evi tikiləcək" - Nazir AÇIQLADI

"Azərbaycanda 10-a yaxın ahıllar evi tikiləcək".

News24.az xəbər verir ki, bunu "Sosial xidmətlər sahəsində QHT-lərlə əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazir Azərbaycanda 60-a yaxın ahıllar evinin tikilməsinə ehtiyac olduğunu da bildir. 

Onun sözlərinə görə, sosial xidmətlər çətin həyat şəraitinə məruz qalan şəxslərə və ya ailələrə təkbaşına bacara bilmədikləri çətinliklərin aradan qaldırılmasında dövlətin sosial dəstəyini göstərən tədbirlər sistemidir: "Nazirlik tərəfindən və nazirliyin sifarişləri əsasında üç istiqamət - evlərində, sosial xidmət müəssisələrində və sosial sifarişlər üzrə layihələr çərçivəsində sosial xidmətlər xüsusi qayğıya ehtiyacı olan 20 mindən çox insanı əhatə edir. Onlardan 50 faizə və ya 10 minə yaxını məhz ixtisaslamış QHT-lər tərəfindən icra olunan layihələr çərçivəsində xidmətlərlə təmin olunur.  Əlilliyi olan şəxslər, insan alveri qurbanları, ahıllar, məişət zorakılığından zərər çəkmiş şəxslər və b. bu layihələr çərçivəsində ehtiyac duydquları sosial dəstəklə təmin edilirlər".


Afaq Mirayiq