USD 1.7
EUR 1.8352
TRY 0.2784
RUB 0.0265
  • Bakı 9°C
  • ŞUŞA 10°C
  • GƏNCƏ 12°C
  • LƏNKƏRAN 11°C
  • ŞƏKİ 12°C
  • QUBA 4°C
  • NAXÇIVAN 4°C

Hərbi hissələrdə “Açıq qapı” günü keçiriləcək

Sosial

Mətn ölçüsü

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən ictimai nəzarətin gücləndirilməsi, şəffaflığın təmin edilməsi, ordu və xalq birliyinin daha da mökəmləndirilməsi, əsgər ailələri ilə aparılan işin səmərəliliyinin daima artırılması məqsədilə dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı günü” təşkil olunacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, əsgər yaxınları, ictimaiyyət nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış, məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər. 

“Açıq qapı” günündə hərbi hissələrin komandanlığının valideynlərlə görüşləri təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək. 

Xəbəri paylaş: