3 nəfərdən artıq insan bir araya gələ bilməyəcək - Görünməmiş qərar
Sosial
Belçikanın Lyej şəhərində təhsildə planlaşdırılan qənaət tədbirlərinə qarşı tələbələrin keçirdiyi etiraz aksiyaları zamanı baş verən iğtişaşlardan sonra sərt məhdudiyyətlər tətbiq olunub.
News24.az xəbər verir ki, şəhər mərkəzində baş verən toqquşmalarda 87 nəfərin saxlanılması və polis əməkdaşlarının yaralanmasından sonra yerli hakimiyyət orqanları tərəfindən üç nəfərdən çox insanın bir araya gəlməsi qadağan edilib.
Lyej meri Villi Demeye yazılı açıqlama verərək şəhərdə yararan gərginliklə bağlı xəbərdarlıq edib:
"Lyej əhalisinin, tələbələrin, dükan sahiblərinin və şəhərin bütün sakinlərinin təhlükəsizliyi təhlükə altındadır".