Xəzər rayonunda 471 evə QAZ VERİLDİ
    • 20-12-2019, 16:13
    • 789

Xəzər rayonunda 471 evə QAZ VERİLDİ

Bu gün Xəzər rayonu Binə qəsəbəsi, “Atçılıq” adlanan ərazidə Badam bağlarının ətrafındakı yeni yaşayış massivi üzrə layihənin birinci mərhələsi başa çatıb.

"Azəriqaz" İB-dən News24.az-a verilən məlumata görə, bununla da 471 fərdi yaşayış evinə qaz verilib. Bu münasibətlə təşkil olunan tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, Xəzər rayonunun İcra Hakimiyyətinin başçısı Elşən Salahov, massivin sakinləri və qaz təsərrüfatı işçiləri iştirak ediblər.

Çıxışlarda qeyd edilib ki, Bakı şəhəri və ətraf ərazilərdə bu il qazlaşma işlərinin icrasını özündə əks etdirən dövlət proqramı çərçivəsində 22 yaşayış massivində qaz çəkilişlərinə start verilib. Hazırda 6 massivdə mavi yanacağın verilişi təmin edilib, digərlərində isə son tamamlanma işləri aparılır.