BŞPİ-nin Kadrlar idarəsinə rəis TƏYİN OLUNDU

BŞPİ-nin Kadrlar idarəsinə rəis TƏYİN OLUNDU
SOSİAL

20 dekabr 2019, 17:08

Mətn ölçüsü

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Kadrlar idarəsinə rəis təyin olunub.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Fizuli Allahverdiyev rəis təyin edilib.

F.Allahverdiyev Daxili İşlər Nazirliyinin Baş kadrlar idarəsində müxtəlif vəzifələrdə çalışıb. O, bu sahədə çalışan peşəkar kadrlardan hesab olunur.

BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a faktı təsdiqləyib. /report/