Həftəsonu 13 dərəcə İSTİ OLACAQ
    • 20-12-2019, 17:48
    • 594

Həftəsonu 13 dərəcə İSTİ OLACAQ

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən News24.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-5,  gündüz 7-12 dərəcə isti olacaq.


Lənkəran-Astara zonasında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Havanın temperaturu gecə 5-8, gündüz  8-12, dağlarda gecə 0-3, gündüz  5-8 dərəcə isti olacaq.


Qazax-Gəncə zonasında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-5, gündüz  8-13 dərəcə isti olacaq.

Aran rayonlarında  hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3-7, gündüz  9-14 dərəcə  isti olacaq.


Naxçıvan MR-da hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə  2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlıq ərazilərdə 6-8 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.


Paytaxtda isə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. 


Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu  gecə 5-7,  gündüz 10-13 dərəcə isti olacaq.