Həftənin ilk iş günü hava necə olacaq?
    • 22-12-2019, 14:06
    • 874

Həftənin ilk iş günü hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən News24.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.
Şimal-qərb küləyi 3-8 m/s təşkil edəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 6-8° isti, gündüz  11-13° isti olacaq.
Atmosfer  təzyiqi 764 mm  civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 80-90 %, gündüz 60-70 % olacaq.   
Dekabrın 23-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli olacaq. Qərb küləyi 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz  10-15°  isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.