"Son illərdə təhsil sahəsinin inkişafı ilə bağlı..." ƏLİ ƏHMƏDOV
    • 24-12-2019, 12:42
    • 779

"Son illərdə təhsil sahəsinin inkişafı ilə bağlı..." ƏLİ ƏHMƏDOV

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin doğum gündür. Azərbaycanın XXI əsrdəki sürətli inkişafı, həyatımızın bütün sahələrində inkişafın olması, iqtisadiyyatın gücləndirilməsi, sosial layihələrin uğurla həyata keçirilməsi, ölkəmizin simasının bütünlüklə dəyişməsi, Azərbaycanın dünyada müasir imicinin formalaşması, gələcəklə bağlı müsbət fikirlərin formalaşması, ordumuzun gücləndirilməsi, Azərbaycanın beynəlxalq aləmdə rolunun artması Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasətinin XXI əsrdə uğurla həyata keçirilməsinin nəticəsidir. 

News24.a
z xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov Təhsilin inkişaf strategiyası nailiyyətlər və əsas hədəflər mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. O bildirib ki, bu gün insanlar İlham Əliyevi sevir, ona inanır, böyük ümidlər bəsləyirlər. 
"Bunlar ciddi əsaslara söykənir. Bütün bunlar Azərbaycanın bu günü və gələcəyi ilə bağlı şübhə yaratmadan inkişaf perspektivləri ilə əlaqədardır. Azərbaycan xalqı xoşbəxtdir ki, onun İlham Əliyev kimi lideri var".

Ə.Əhmədov qeyd edib ki, son illərdə təhsil sahəsinin inkişafı ilə bağlı çoxlu sayda layihələr həyata keçirilir. 
"Ölkə başısının həyata keçirdiyi siyasətin əsas hədəfində təhsil xüsusi yer tutur".

Afaq Mirayiq