Azərbaycanda yağıntıların sayı KƏSKİN AZALIB
    • 25-12-2019, 16:08
    • 781

Azərbaycanda yağıntıların sayı KƏSKİN AZALIB

"Şaxtalı, qarlı günlərin sayının azalması ölkənin dağlıq ərazilərində dağ çaylarını qidalandıran çaylarda su ehtiyatının azalmasına səbəb olur. Son 10 ildə ölkədə əsas dağ çaylarının formalaşdığı ərazilərdə yağıntıların miqdarı orta hesabla 8,7 faiz azalıb".

News24.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirıliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycanda ölkə üzrə dağlıq və dağəyi rayonlarda şaxtalı günlərin, o cümlədə qarlı günlərin sayının azalması müşahidə edilir:"Ölkə üzrə 1992-2019-cu illər üzrə olan gündəlik məlumatlar təhlil edilib:"Climpact modelinə əsasən, göstərilən dövr ərzində Böyük və Kiçik Qafqazda şaxtalı, qarlı günlərin sayının azaldığı müəyyən edilib. 

U.Tağıyeva əlavə edib ki, xüsusilə Şəki-Zaqatala bölgəsində, Qəbələdə, Kiçik Qafqazda Daşkəsən-Gədəbəy zonasında şaxtalı, qarlı günlərin sayı azalıb. 

U.Tağıyeva bildirib ki, ötən dövr ərzində ölkə ərazisində yağıntıların da miqdarı azalıb. Yağıntıların ən çox azalması qərb bölgəsində müşahidə olunub".
Azərbaycanda əhalinin qışın mülayim keçməsinə öyrəşdiyini deyən U.Tağıyeva Bakıda 0 dərəcədən aşağı temperaturun qeydə alındığı günlərin sayının az olduğunu söyləyib.

Afaq Mirayiq