Nazir Qəbələdə  Gənc Müəllimlər Assosasiyasının üzvləri ilə GÖRÜŞDÜ - FOTOLAR
    • 25-12-2019, 16:54
    • 798

Nazir Qəbələdə Gənc Müəllimlər Assosasiyasının üzvləri ilə GÖRÜŞDÜ - FOTOLAR

Dekabrın 25-də Təhsil naziri Ceyhun Bayramov Qəbələyə səfəri çərçivəsində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Qəbələ rayonu Vəndam qəsəbəsi Hikmət Rəşidov adına 2 nömrəli tam orta məktəbin akt zalında baş tutan görüşdə təhsil naziri bildirib ki, son illərdə müəllim peşəsinin nüfuzu daha da yüksəlib, müəllim olmaq istəyənlərin sayı xeyli artıb. Ceyhun Bayramov qeyd edib ki, müəllimin əsas vəzifəsi cəmiyyət üçün layiqli vətəndaş yetişdirməkdir.  Müəllim yalnız tədris fəaliyyəti ilə deyil, davranışı ilə də şagirdlərinə nümunə olmalıdır.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyanın fəaliyyətini qiymətləndirən nazir deyib ki, bu qurum müəllimlərin inkişafına stimul verir. Assosiasiyanin fəaliyyəti çərçivəsində gənc müəllimlər üçün onlayn platforma istifadəyə veriləcək. Müəllimlər həmin platforma vasitəsilə fəaliyyətlərinə dair məlumatları, yenilikləri paylaşa biləcəklər.

Çıxışının sonunda Təhsil naziri Ceyhun Bayramov müəllimlərin hər birinə  uğurlar arzulayıb.

Daha sonra görüş iştirakçılarını maraqlandıran suallar cavablandırıb.