Azərbaycanlı idmançıya 12 il CƏZA VERİLDİ

Azərbaycanlı idmançıya 12 il CƏZA VERİLDİ
SOSİAL

26 dekabr 2019, 12:39

Mətn ölçüsü

Cari ildə bir idmançıya iki antidopinq qayda pozuntusuna görə 12 illik diskvalifikasiya müddəti sanksiyası tətbiq edilib. Hazırda iş apellyasiyadadır.

Bunu Azərbaycan Antidopinq Agentliyinin (AMADA) sədri Şəfəq Hüseynli 2019-cu il üzrə illik hesabatı açıqlayarkən deyib. 

Onun sözlərinə görə, AMADA-nın qəbul etdiyi qərar Ümumdünya Abtidopinq Agentliyi (ÜADA) tərəfindən yoxlamadan keçib və ÜADA həmin qərardan Apellyasiya Komitəsinə müraciət edib. Nəticədə idmançının sanksiyası ikiqat artırılıb. 

"AMADA tərəfindən araşdırmalar nəticəsində müəyyən edilib ki, dopinq nəticəsi müsbət olmuş 2 idmançının istifadə etdiyi bioloji fəallığa malik qida əlavələrinin tərkibində antibiotik steroidlər mövcuddur. Həmin qida əlaqələrinin ölkəyə girişinin qadağan edilməsi ilə bağlı müraciət edilib". /Azvision/