"Atam Avstriyada müalicə olunur" - Əli Həsənovun oğlundan AÇIQLAMA
Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun ölkəni tərk etmək istəyərkən hava limanında saxlanılmasına dair şayiə xarakterli məlumatlar yayılıb.
Bununla bağlı Əli Həsənovun oğlu Şamxal Həsənli News24.az-a bildirib ki, bu məlumatlar əsassızdır: “Atam ürəyindən əməliyyat olunduğuna görə ildə bir neçə dəfə həkim nəzarətindən keçmək üçün Avstriyaya gedir. Dekabrın 25-də növbəti müayinə üçün atam yenidən bu ölkəyə gedərək həkim müayinəsindən keçib. Səhhəti ilə bağlı hər şey qaydasındadır və inşallah, dekabrın 29-u ölkəyə, Bakıya qayıdacaq”.
“Şayiə, böhtan xarakterli məlumat yayanlara isə bu cür çirkin əməllərdən əl çəkməyi tövsiyə edirəm” deyə Şamxal Həsənli bildirib.
18:04
HADİSƏ
Əli Həsənovun qardaşı oğlunu da işdən çıxardılar -Elçin Həsənov İTV-dən getdi11 yanvar 2020, 01:02