Goranda 109 evə QAZ VERİLDİ - FOTO

Goranda 109 evə QAZ VERİLDİ - FOTO
SOSİAL

28 dekabr 2019, 17:43

Mətn ölçüsü

Dekabrın 28-də Goranboy rayonunun Goran qəsəbəsinin qazlaşdırılması işləri başa çatdırılıb.

Bu barədə News24.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, bu il qaz çəkilişi nəzərdə tutulan sonuncu yaşayış məntəqəsinə qaz verilib. Dövlət proqramı əsasında icra olunan işlərin yekunu olaraq qəsəbədə 109 fərdi yaşayış evi mavi yanacaqla təmin edilib.

Qeyd edək ki, ümumilikdə 8 607 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı qaz xətləri çəkilib və evlərə 109 ədəd sayğac quraşdırılıb. Goran qəsəbəsinin qazlaşdırılması üçün yeni qaz paylayıcı məntəqə də istifadəyə verilib.