BNA 5 marşrut xəttini MÜSABİQƏYƏ ÇIXARDI
    • 29-12-2019, 18:26
    • 715

BNA 5 marşrut xəttini MÜSABİQƏYƏ ÇIXARDI

11, 30, 40, 71 və 199 nömrəli müntəzəm marşrut xətləri üzrə elan edilən müsabiqənin şərtləri açıqlanıb. Şərtlərlə Bakı Nəqliyyat Agentliyinin rəsmi internet səhifəsində müsabiqələr bölməsində tanış olmaq mümkündür.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyənlər 14.01.2020-ci il tarixi saat 17:00-dək Bakı Nəqliyyat Agentliyinə müvafiq ərizə ilə mürciət etməlidirlər.