ETSN ovçuluq biletinin alınması ilə bağlı
    • 30-12-2019, 13:28
    • 686

ETSN ovçuluq biletinin alınması ilə bağlı "ASAN" xidmətlə işə başladı

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən göstərilən bir sıra xidmətlər, o cümlədən ovçuluq biletinin alınması, dəyişdirilməsi bu ilin sentyabr ayından başlayaraq ASAN xidmət vasitəsi ilə həyata keçirilir".

News24.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bilidirib. Onun sözlərinə görə,
vətəndaş müraciətlərinin daha operativ və asan şəkildə həll edilməsinə, şəffaflığın artırılmasına, göstərilən xidmətlərin təkmilləşdirilməsinə və vətəndaş məmnunluğunun təmin edilməsinə nail olunur:"Ötən müddət ərzində 5 saylı ASAN xidmət vasitəsilə ovçuluq biletinin alınması üçün 545 müraciət olunub. 294 müraciət ovçuluq biletinin istifadə müddətinin artırılması, 251 müraciət isə ovçuluq biletinin alınması üçün imtahanda iştirak etmək məqsədi daşıyıb".

Afaq Mirayiq