Əsgərlərə bayram sovqatı paylanıldı
    • 30-12-2019, 19:36
    • 718

Əsgərlərə bayram sovqatı paylanıldı

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin kollektivi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayına bayram sovqatı gətirib.
News24.az xəbər verir ki, əsgər və zabitlərlə keçirilən görüşdə muxtar respublikanın Baş naziri Əlövsət Baxşıyev bayramlar, həmçinin Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 14-cü və Mülki Müdafiə Alayının yaradılmasının 13-cü ildönümü münasibətilə əsgər və zabitləri təbrik edib.

Sonra gətirilən bayram sovqatı əsgərlərə təqdim olunub.