Göygöldə 7 otaqlı ev yandı
    • 1-01-2020, 22:06
    • 875

Göygöldə 7 otaqlı ev yandı

Göygöl rayonunun Nadil kəndində 7 otaqlı ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Göygöl rayonunun Nadil kəndində ümumi sahəsi 176 m² olan birmərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar 90 m² sahədə, dam örtüyü və evin yaxınlığında 100 p.m çəpər yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.