"Hansısa "həcinin" ,  alvercinin sevgilisi olmuşları..." XOŞQƏDƏM OD PÜSKÜRDÜ - VİDEO
    • 7-01-2020, 13:24
    • 1 221

"Hansısa "həcinin" , alvercinin sevgilisi olmuşları..." XOŞQƏDƏM OD PÜSKÜRDÜ - VİDEO

Xəbər verdiyimiz kimi, ötən il Tovuz rayonununda itkin düşmüş 10 yaşlı Nərmin Şərif qızı Quliyevanın meyiti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb.

News24.az xəbər verir ki, məsələylə bağlı aparıcı Xoşqədəm Hidayətqızı "İnstagram"da paylaşımlar edib. O azyaşlıya görə göz yaşı tökərək bunları deyib: "Mənim on yaşlı mələyim, sənə kim qıydı? Səni kim yandırdı, bala? Görəsən, o vəhşi sənə qıyarkən vicdanı titrədimi? Sənin ölüm xəbərini aldım və inan ki, mən də öldüm. Həftələrdir "Nərmin" deyib efirdən o canilərə yalvardım, sənin üçün doğulduğun kəndə qədər gəldim. Olmadı, qızım, mələyim, körpəm, olmadı... Mən o caninin qarşısını ala bilmədim, səni xilas edə bilmədim. Bağışla məni Nərminim. Nərmin, sənin axtarışına çıxarkən bilirdim, sən artıq yoxsan, amma möcüzəyə inanırdım. Deyirdim, bəlkə də sağ tapılacaqsan... Əlimdən gələni etdim, o böyüdüyün evi, ətrafını, gəzdiyin küçəni gəzdim-dolaşdım, amma səni tapa bilmədim. Həftələrdir iş telefonuna özüm cavab verdim, bayramda belə özümlə götürdüm. Düşünürdüm, möcüzə olar, sən mənə zəng edib, "məni xilas edin" deyərsən. Bəlkə kimsə mənə gizli şəkildə sənin sirrini açar deyə. Olmadı, Nərminim, olmadı, xınalı quzum. Məni bagışla, səni sağ tapa bilmədim, məni bağışla, sən öldürülərkən fəryadına yetişə bilmədim. Məni bagışla, sızlayan yaralarına məlhəm ola bilmədim, bala. Gecə 01:47, mənsə hələ də yata bilmirəm, səni öldürdükləri, yandırdıqları o səhnəni düşünürəm. Körpə bala, həmin an kimi cağırırdın, o balaca ürəyin yaşadığın dəhşətə necə dözdü? Dözə bilmirəm bu acıya, göz yaşlarıyla bu sətirləri yazıram, mənim günahsız körpəm. Məni bağışla, cənnət quşum, mələyim, Nərminim".

Bununla yanaş,ı aparıcı Nərminin fotosunu paylaşaraq belə bir şərh yazıb: "Nərmin... Bilirsiniz nə gözləyirdim? Şəhər restoran müdürlərinin, hansısa "həcinin" , nə bilim alvercinin sevgilisi olmuşları müdafiə edən, bəziləri Nərminin fotosunu paylaşıb "cinayətkar tapılsın" yazacaqlar, amma olmadı... Bir, iki nəfərdən başqa. Yazıqlar olsun! Bu həftələr ərzində səsi çıxmayan, ölü yanında dayanıb şəkil cəkdirməyə gedir, başqa biriləri sakitçə seyr edir...Nərminləri öldürənlər ən ağır cəzaya məhkümdur, heç olmasa övladlarınız ücün narahat olun, Nərmin onsuz da həyatda yoxdur...

Sevda Bayramova