"Bunu yaşadanlarla eyni ölkədə yaşadığım üçün insanlığımdan utanıram" - Ruhi Əliyeva
    • 7-01-2020, 19:18
    • 810

"Bunu yaşadanlarla eyni ölkədə yaşadığım üçün insanlığımdan utanıram" - Ruhi Əliyeva

"Nərmin... Hələ 10 yaşında olan, məktəbinə gedən, kuklaları ilə oynayan, özünə görə arzuları, istəkləri olan balaca, gözəl bir qız... Kim səndən nə istədi? Kim yandırdı sənin xəyallarını?! Kim külə çevirdi sənin ömrünün ən gözəl çağlarını?!Kim!? İndi isə mələk oldun.. Sənin həmin o qorxunc anda yaşadığın qorxunu, ağrını, çarəsizliyi düşünəndə boğazımda dilim quruyur, ürəyim yerindən çıxır".

News24.az xəbər verir ki, bu sözləri işgüzar xanım Ruhi Əliyeva Tovuzda noyabr ayında itkin düşən, ötən gün isə yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin haqda şəxsi instagram hesabında qeyd edib:"Nərminə bunu yaşadanlarla eyni ölkədə yaşadığım üçün eyni milliyətə sahib olduğum üçün insanlığımdan utanıram... çox utanıram...Bu acı hər birimizin acısıdır. Bu yas hər birimizin yasıdır. Bütün deyiləcək sözlər bu faciənin qarşısında acizdir. Mən bu hadisəni eşidəndən bəri, özümə yer tapa bilmirəm, gözümün yaşı dayanmır. Bu acıya səbəb olanlara ən ağır cəzanın təyin olunması tək istəyimizdir. Burdan analara, atalara səslənirəm. Uşaqlarınızı gözünüzdən kənara qoymayın. Qoruyun onları! Onlar bizə Allahın əmanətidir. Allah heç bir anaya, ataya yaşatmasın bu acını. Burda acı çəktin, cənnətdə rahat yat, nur üzlü mələk".