Bakının bu ərazilərində QAZ YOXDUR
    • 8-01-2020, 10:40
    • 635

Bakının bu ərazilərində QAZ YOXDUR

Abşeron rayonunda aparılan abadlıq işləri ilə əlaqədar bu gün səhər saat 10:00-dan etibarən bir qrup abonentin qaz təchizatında müvəqqəti olaraq fasilə yaranacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən News24.az-a verilən məlumata görə, qaz təminatındakı fasilələr əsasən Abşeron rayonunun Xırdalan şəhəri, həmçinin, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək və Çiçək qəsəbələri ərazisində müşahidə olunacaq.