İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri tapşırıq verdi
    • 9-01-2020, 17:00
    • 1 961

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri tapşırıq verdi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev icbari tibbi sığortanın ilkin mərhələdə tətbiq edildiyi ərazilərdə səfərdə olub.

Agentlikdən News24.az-a verilən məlumata görə, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələdə yerləşən tibb müəssisələrində olan sədr icbari tibbi sığortanın tətbiqi ilə bağlı görülən işlərlə yerində tanış olub.


Z.Əliyev sistemin ümumi təşkili, tibbi xidmətlərin göstərilməsi, tibb müəssisələrinin təchizatı və avadanlıqların vəziyyəti ilə maraqlanıb, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində tapşırıqlar verib.