DİQQƏT! Bu marşrutda da ödəniş
    • 10-01-2020, 13:14
    • 1 259

DİQQƏT! Bu marşrutda da ödəniş "BakıKart"-a keçdi

Müntəzəm marşrut xətləri üzrə avtobusların BakıKart sisteminə inteqrasiyası davam edir. Bu çərçivədə 12.01.2020-ci il tarixindən 38 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək.

News24.az xəbər verir ki, tətbiq edilən yeniliklə bağlı əhalinin vaxtında məlumatlandırılması məqsədilə, 38 nömrəli marşrut xətti üzrə avtobuslarda elanlar vurulub.   
 
Məlumat üçün bildiririk ki, digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Eyni zamanda qeyd edirik ki, nağd qaydada fəaliyyət göstərən avtobuslar mərhələli şəkildə xətlərdən çıxarılaraq onlarda müəyyən texniki montaj, kabelləşmə işləri görülür. Proses sərnişindaşımada fasiləsizliyin pozulmamasını, görülən işlərin sərnişinlərə təsir etməməsini nəzərə alınmaqla icra edilir.