386 binaya QAZ VERİLİB
    • 10-01-2020, 14:56
    • 595

386 binaya QAZ VERİLİB

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Bakı şəhərində bir çox binanın istismara qəbulu prosesi sürətləndirilib.

"Azəriqaz" İB-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tədbirlərini davam etdirir. Belə ki, 2019-cu il ərzində 386 yaşayış binası üzrə 26630 mənzil, dekabr ayında isə 81 yaşayış binası üzrə 4536 mənzil təbii qazla təmin olunub.