Nazirliyin rəsmi “Telegram” kanalı fəaliyyətə başlayır
    • 13-01-2020, 12:33
    • 826

Nazirliyin rəsmi “Telegram” kanalı fəaliyyətə başlayır

Yanvarın 13-dən Təhsil Nazirliyinin rəsmi “Telegram” kanalı (@edugovaz) istifadəyə verilir.

Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, kanalda Təhsil Nazirliyinin əsas fəaliyyət istiqamətləri üzrə həyata keçirdiyi yeniliklər, elan və müsabiqələr, layihə və kampaniyalar barədə məlumatlar paylaşılacaq. Bu məlumatlar kanal abunəçilərinə bildiriş olaraq göndəriləcək.

“Telegram” tətbiqini smart cihazlara yükləməklə @edugovaz kanalına abunə olmaq mümkündür.

Qeyd edək ki, Təhsil Nazirliyinin “Facebook”, “Twitter”, “İnstagram” və “Youtube” sosial şəbəkələrində səhifələri fəaliyyət göstərir.