USD 1.7
EUR 1.8924
TRY 0.2901
RUB 0.0276
  • Bakı 3°C
  • ŞUŞA 2°C
  • GƏNCƏ 4°C
  • LƏNKƏRAN 1°C
  • ŞƏKİ 1°C
  • QUBA 0°C
  • NAXÇIVAN 0°C

Nazirlik 435 vakant vəzifə üzrə işə qəbul elan etdi

Sosial

Mətn ölçüsü

Kənd Təsərrüfatı Nazirliyi 435 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul  üçün müsabiqə üzrə müsahibə elan edib.

News24.az xəbər verir ki, yanvarın 13-dən bu vakant vəzifələr üzrə sənəd qəbulu başlayıb. Təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib.

Müsahibə mərhələsi üzrə qeydiyyat fevralın 11-dək davam edəcək. Kənd Təsərrüfatı Nazirliyi hüquqşünas, maliyyə, informasiya texnologiyaları, aqrar sahədə ixtisas almış aqronom, bioloq, zooloq, baytar, torpaq üzrə mütəxəssis və zoomütəxəssisləri, maliyyə-təsərrüfat fəaliyyəti üzrə müvafiq ixtisası olan şəxsləri müsahibələrdə iştiraka dəvət edir.

Təqdim olunan vakant vəzifələr Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatı, Dövlət Aqrar İnkişaf Mərkəzlərində bitkiçilik və heyvandarlıq sektoru, maliyyə-təsərrüfat sektoru və texniki nəzarətin təşkili sektoru üzrə müəyyənləşib.

Elanla tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

http://eservices.dim.gov.az/dqq/Report/MsbMshVakUzreHesabat?ElanID=349&DoKod=208&fbclid=IwAR191OGGXenq8fx7NG9R0yWU5V6oRQF2Kb0az1wus7QYuxzFcwGHae_2_q0

http://eservices.dim.gov.az/dqq/Report/MsbMshVakUzreHesabat?ElanID=350&DoKod=208&fbclid=IwAR3VQw5BjQLA7tqqSSk0asUSWcGcezzhbiNnX2PxCMUMI3HcAVUM1FYoYyk

Xəbəri paylaş: