Heydər Əliyev Beynəlxalq Aeroportu ən punktual AVİAŞİRKƏTLƏRİN ADLARINI AÇIQLADI

Heydər Əliyev Beynəlxalq Aeroportu   ən punktual AVİAŞİRKƏTLƏRİN ADLARINI  AÇIQLADI
SOSİAL

14 yanvar 2020, 15:59

Mətn ölçüsü

Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin dekabr ayı üçün ən punktual aviaşirkətlərin reytinqini tərtib edib.
 

Heydər Əliyev Beynəlxalq Aeroportundan News 24.az -2019-cu ilin dekabr ayı ərzində Bakıdan yola düşərkən üç aviaşirkət – “Etihad Airways”, “Kuwait Airways” və “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları) 100% punktuallıq göstəriblər.
 
“Aeroflot” və “Gulf Air” aviaşirkətləri planlaşdırılmış uçuşların ən azı 90%-ni cədvələ uyğun yerinə yetirib. “Nordwind” (88,9%) və “Lufthansa” (88,2%) aviaşirkətləri həmçinin yüksək nəticələr göstərib.
 
Ümumilikdə isə, 2019-cu ilin dekabr ayı ərzində uçuşların 75%-i planlaşdırılmış cədvələ uyğun və ya cədvəldən 15 dəqiqədən artıq olmayan gecikmə ilə yerinə yetirib.
 
Qeyd edək ki, ümumilikdə 2019-cu ilin dekabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 60-dən çox müxtəlif istiqamət üzrə uçuşlar həyata keçirmiş 37 sərnişin aviaşirkətinə xidmət göstərib.
 
Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.