Beyləqan sakinindən SİLAH ​GÖTÜRÜLDÜ
    • 14-01-2020, 17:39
    • 788

Beyləqan sakinindən SİLAH ​GÖTÜRÜLDÜ

Beyləqan sakinindən silah götürülüb.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki Regional qrupundan News24.az-a verilən məlumata görə, Saatlı  RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Beyləqan rayonu İmamverdilər kənd sakini Teymur Kərimov Saatlı rayonu ərazisində  qanunsuz olaraq odlu silah gəzdirdiyi  üçün saxlanılıb. T.Kərimovdan  1ədəd “ İJ-58” markalı müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb. 

Faktla bağlı Saatlı RPŞ-də araşdırma aparılır.