İtkin düşən 14 yaşlı Aysel TAPILDI

İtkin düşən 14 yaşlı Aysel TAPILDI
SOSİAL

14 yanvar 2020, 18:48

Mətn ölçüsü

Yanvarın 13-də Sabunçu rayonu, Bilgəh qəsəbəsində gecə saatlarında yaşadığı evdən naməlum istiqamətə gedən 2005-ci il təvəllüdlü Aysel Salahova tapılıb. 

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlının yeri müəyyən olunub. 

İlkin araşdırmalar nəticəsində məlum olub ki, azyaşlı heç bir şəxs tərəfindən qaçırılmayıb. Bu barədə azyaşlının ailəsi məlumatlandırılıb. /Qafqazinfo/