"Ötən il 14834 əcnəbi miqrasiya qanunvericiliyinin tələblərini pozub"- VÜSAL HÜSEYNOV
    • 15-01-2020, 11:34
    • 1 051

"Ötən il 14834 əcnəbi miqrasiya qanunvericiliyinin tələblərini pozub"- VÜSAL HÜSEYNOV

"Ötən il ölkədə qanuni əsaslarla olan və yaşayanların sayı 232.692 nəfər olub".

News24.az -ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətində 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında DMX rəisi Vüsal Hüseynov bildirib. Onun sözlərinə görə, 
bunlardan 97293 nəfəri qeydiyyata alınmaqla ölkədə 15 gündən artıq yaşayanlar, 135399 nəfəri turizm və digər məqsədlərlə ölkəyə 15 gündən az müddətdə gələnlərdir.
V.Hüseynov qeyd edib ki, 2019-cu ildə 97293 nəfər qeydiyyata alınmaqla ölkədə olan və ya müvafiq sənəd əsasında yaşayanlardır:

"2018-ci illə müqayisədə bu rəqəmdə 12 faiz artım müşahidə olunub. Ötən il ölkə ərazisində qanunsuz olan və yaşayan əcnəbilərin sayı 4681 nəfər olub. 2018-ci illə müqayisədə 31 faiz azalma olub".

Xidmət rəisi deyib ki, ötən il miqrasiya qanunvericiliyinin tələblərini 14834 əcnəbi pozub:

"Bu da əvvəlki illə müqayisədə 23 faiz azalma deməkdir.
Qanunsuz miqrantların saxlanma mərkəzində 2019-cu il ərzində 1237 əcnəbi saxlanılıb. Bu, 2018-ci illə müqayisədə 30 faiz azalma deməkdir. Mərkəzdə saxlanılan əcnəbilərdən 21 faizi Pakistan, 19 faizi Türkiyə, 8 faizi İran, 6 faizi İraq, 6 faizi Gürcüstan, 40 faizi digər ölkələrin vətəndaşlarıdır".

Afaq Mirayiq