“Həzi Aslanov” stansiyasının eskalatoru TƏMİR OLUNUR
    • 15-01-2020, 15:27
    • 589

“Həzi Aslanov” stansiyasının eskalatoru TƏMİR OLUNUR

“Həzi Aslanov” stansiyasının “ET-5M” tipli 1 saylı eskalatorunda əsaslı təmir işlərinə başlanılıb. 

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, müvafiq texniki göstəricilərinə uyğun olaraq, bu tip eskalatorlar təxminən 150.000 km qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır.

Təmir dövründə eskalatorun əsas hissələri sökülərək, təmir-təftiş olunacaq, zəruri hissələr yenilənərək quraşdırılacaq. Eskalatorların yenidən istismara verilməsi may ayına planlaşdırılır. Qeyd edək ki, bu eskalatorda əsaslı təmir işləri ilk dəfə aparılır.