Qaradağda evdən 26 min manat OĞURLANDI
    • 16-01-2020, 13:22
    • 698

Qaradağda evdən 26 min manat OĞURLANDI

Qaradağ rayonu ərazisindəki evlərin birindən külli miqdarda pul oğurlanıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 2-də rayon ərazisindəki evlərin birindən 26.758 manat, televizor və noutbuk oğurlamaqda şübhəli bilinən Sahil qəsəbə sakinləri D.İbayev, X.Hüseynov, əvvəllər məhkum olunmuşlar - B.Cabbarov və T.Həbiyev saxlanılıblar. 

Ətraflarında aparılan tədbirlərlə onların rayon ərazisindəki 1 qarajdan 4 ədəd təkər, su mühərriki və velosiped oğurlamaları da müəyyən edilib.