USD 1.7
EUR 1.8738
TRY 0.286
RUB 0.027
  • Bakı 8°C
  • ŞUŞA 4°C
  • GƏNCƏ 1°C
  • LƏNKƏRAN -1°C
  • ŞƏKİ -1°C
  • QUBA 1°C
  • NAXÇIVAN -5°C

Rüstəm Usubov Tovuza gedir

Sosial

Mətn ölçüsü

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokurorun birinci müavini Rüstəm Usubov cari il yanvarın 24-də saat 10:00-da Tovuz rayon prokurorluğunun inzibati binasında Tovuz və Gədəbəy rayon sakinlərinin qəbulunu keçirəcək.

Bu barədə News24.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Tovuz rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Xəbəri paylaş: