Qoşqar Təhməzli "Bizim Market"in iddiasına CAVAB VERDİ:
    • 17-01-2020, 13:00
    • 895

Qoşqar Təhməzli "Bizim Market"in iddiasına CAVAB VERDİ: "BU CİNAYƏTDİR"

"12 ton yağın kərə yağı adı ilə saxtalaşdırılması cinayət işidir".

News24.az-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ümumiyyətlə belə bir əmtəə nişanı yoxdur və əmtəə nişanı özü də saxtalaşdırılıb:

"SN Qida Təchizat” MMC AQTA nın sertifikatını saxtalaşdırıb, "Bizim Market"i aldadaraq satıb. Məhsulun üzərində onun kərə yağı olduğu göstərilsə də, bu kərə yağı olmayıb. Təəssüf ki, həmin şirkət Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sertifikatını da saxtalaşdırıb və "Bizim Market"də satmağa cəhd edib. Təbii ki, həmin şirkət sahibkarı da aldatmağa cəhd edib. Ekspertizanın nəticələri də göstərdi ki, o ümumiyyətlə kərə yağı deyil. Bu faktların aşkarlanması üçün sahibkarların məsuliyyəti artmalıdır".

AQTA sədri eyni zamanda qeyd edib ki, Faktla bağlı materiallar hazırlanaraq Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib və bu işdə günahı olan insanlar cəzalandırılacaqlar.

Afaq Mirayiq