"Cəfər Cabbarlı" stansiyası ilə bağlı YENİ XƏBƏR
    • 17-01-2020, 14:42
    • 876

"Cəfər Cabbarlı" stansiyası ilə bağlı YENİ XƏBƏR

“Bakı Metropoliteninin "Cəfər Cabbarlı" stansiyasının ikinci yolu 2020-ci ilin yayında istismara veriləcək.”

News24.az xəbər verir ki, bunu jurnalistlərə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, artıq işlərin böyük hissəsi görülüb: "Qarşımızda tapşırıq kimi qoyulub ki, "Cəfər Cabbarlı" stansiyasının ikinci yolunda işlər marta qədər yekunlaşsın.Təxminən, yay aylarında isə ikinci xəttin istifadəyə verilməsi nəzərdə tutulub".