BŞBPİ-nin istintaq və təhqiqat idarəsinə yeni rəis təyin olundu
Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) yeni təyinat olub.
News24.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki İsmayıl Əliyev BŞBPİ-nin istintaq və təhqiqat idarəsinin rəisi vəzifəsinə təyinat alıb.
BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev faktı təsdiqləyib. /apa.az/
16:57
SİYASƏT
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri dəyişdirilib19 oktyabr 2018, 11:11