BŞBPİ-nin istintaq və təhqiqat idarəsinə yeni rəis təyin olundu
    • 17-01-2020, 17:15
    • 1 472

BŞBPİ-nin istintaq və təhqiqat idarəsinə yeni rəis təyin olundu

Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) yeni təyinat olub.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki İsmayıl Əliyev BŞBPİ-nin istintaq və təhqiqat idarəsinin rəisi vəzifəsinə təyinat alıb.

BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev faktı təsdiqləyib. /apa.az/