Şaxta olacaq, yollar buz bağlayacaq - HƏFTƏ SONUNUN HAVASI

Şaxta olacaq, yollar buz bağlayacaq - HƏFTƏ SONUNUN HAVASI
SOSİAL

17 yanvar 2020, 17:22

Mətn ölçüsü

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən News24.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava əsasən yağmursuz olacaq. Lakin yanvarın  18-də axşam, 19-da yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti,  gündüz 5-9 dərəcə isti olacaq. Yollar buz bağlayacaq.

Lənkəran-Astara zonasında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 1-4, gündüz  5-8 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta,  gündüz  2-4 dərəcə isti olacaq. Yollar buz bağlayacaq.

Qazax-Gəncə zonasında hava əsasən yağmursuz olacaq. Lakin yanvarın 19-da bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  6-10 dərəcə isti olacaq.

Aran rayonlarında  havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yanvarın 19-da arabir yağıntılı olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  7-11 dərəcə  isti olacaq.

Naxçıvan MR-da  arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3-8, dağlıq ərazilərdə 10-14 dərəcə şaxta, gündüz  0-5 dərəcə  isti olacaq.

Paytaxtda isə gecə və axşam saatlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.Gün ərzində güclü şimal-qərb küləyi əsəcək, yanvarın 19-da gündüz mülayimləşəcək. Havanın temperaturu  gecə 2-4,  gündüz  7-9 dərəcə isti olacaq.