USD 1.7
EUR 1.8352
TRY 0.2784
RUB 0.0265
  • Bakı 8°C
  • ŞUŞA 10°C
  • GƏNCƏ 9°C
  • LƏNKƏRAN 10°C
  • ŞƏKİ 9°C
  • QUBA 4°C
  • NAXÇIVAN 2°C

Azərbaycanda kardioloji xəstəliklərin yayılma sayı dünya əhalisinə nisbətdə 2-3 faizdir

Sosial

Mətn ölçüsü

Dünyada 26 milyon insan ürək çatışmazlığından əziyyət çəkir. 

News24.az
xəbər verir ki, bunu Psixi Sağlamlıq Mərkəzi Reabilitasiya şöbəsinin müdiri Röya Əliyeva Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu Psixi Sağlamlıq Mərkəzi ilə birgə “Kardiologiya və psixiatriya: Kardioloji pasiyentlərdə psixi pozuntuların profilaktika, diaqnostika və müalicəsi” mövzusunda keçirilən elmi-praktik seminarında bildirib. Onun sözlərinə görə, Azərbaycanda kardioloji xəstəliklərin yayılma sayı dünya əhalisinə nisbətdə 2-3 faizdir: "Ürək çatışmazlığı sakitlik və fiziki gərginlik zamanı yaranan tənginəfəslik və ya ümumi zəifliklər ağciyər və ya aşağı ətraflarda durğunluq əlamətləri, sakit vəziyyətdə ürəkdə struktur və funksional dəyişikliklərin əlamətləri ilə təzahür edən bir sindromdur. Ürək xəstəlikləri ən çox Malaziyada 6.7 faiz, 4.5 faiz Sinqapurdadır, ən az yayılma sayı Orta Asiyada Omandadır". 

Seminarda Respublikanın aparıcı kardioloq, psixoloq, terapevt, nevropatoloq və psixiatrları iştirak ediblər.

Akad.C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova və Psixi Sağlamlıq Mərkəzinin direktoru professor Fuad İsmayılov çıxış ediblər. Onlar insanlarda uzun müddət stress, gərginlik və depressiv vəziyyətlərin olmasının ilk növbədə ürək-damar sisteminə mənfi təsir göstərməsini, bu gün insanların ruhi, mənəvi problemlərinin aradan qaldırılmasının vacib olmasını diqqətə çatdırıblar.

Akad.C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun psixiatrı Nazim Kərimli “Kardioloji profilli xəstələrdə depressiya və həyəcan simptomlarının erkən aşkarlanması-pilot layihənin nəticələri” mövzusunda çıxış edib. Eyni zamanda, psixiatrik və ürək dərmanlarının qarşılıqlı əlaqəsi barədə məlumat verilib.
Məruzələrdən sonra mövzu ətrafında müzakirələr aparılaraq, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Afaq Mirayiq 

Xəbəri paylaş: