Rafiq Hüseynlinin qızı da diktor oldu

Rafiq Hüseynlinin qızı da diktor oldu
SOSİAL

17 yanvar 2020, 20:51

Mətn ölçüsü

Azərbaycanın xalq artisti, mərhum diktor Rafiq Hüseynovun qızı Leyli Hüseynli televiziyada işə başlayıb.
News24.az xəbər verir ki, bu barədə Modern.az-a Leyli Hüseynlinin anası Səbinə Hüseynli məlumat verib.
O bildirib ki, qızı Leyli Hüseynli AzTV-də aparıcılıq edəcək:
“İngilis dilində olan gecə xəbərləri ilə efirə çıxacaq. İmtahandan keçərək işə qəbul olunub”.
Qeyd edək ki, Leyli Hüseynli Azərbaycanın xalq artisti, tanınmış diktor, mərhum Rafiq Hüseynovun qızıdır. Rafiq Hüseynov 2017-ci ilin 30 oktyabrında 71 yaşında dünyasını dəyişib.
Leyli Hüseynli Azərbaycan Rəssamlıq Akademiyasının ikinci kursunda təhsil alır.