USD 1.7
EUR 1.8352
TRY 0.2784
RUB 0.0265
  • Bakı 8°C
  • ŞUŞA 10°C
  • GƏNCƏ 9°C
  • LƏNKƏRAN 10°C
  • ŞƏKİ 9°C
  • QUBA 4°C
  • NAXÇIVAN 2°C

Azərbaycanın Qarsdakı baş konsulu Diyarbəkirə gedib

Sosial

Mətn ölçüsü

Azərbaycanın Qars şəhərindəki baş konsulu Nuru Quliyev Türkiyənin cənub-şərq bölgəsində bir sıra rəsmi görüşlər keçirib.

News24.az  xəbər verir ki, Diyarbəkir valisi Həsən Basri Gözəloğlu, Diyarbəkir Jandarma komandanı, general-mayor Mustafa Ərdəm, Xarici İşlər Nazirliyinin Diyarbəkir İdarəsinin rəisi, səfir İbrahim Mete Yağlı, Daxili İşlər Nazirliyinin Diyarbəkir vilayət idarəsinin rəisi Şükrü Yaman, Diyarbəkir Diclə Universitetinin rektoru Talip Gül, vilayətin Kayapınar rayonunun icra başçısı və rayon bələdiyyəsinin sədri Ünal Koç, eləcə də Milliyyətçi Hərəkat Partiyasının Diyarbəkır vilayət şöbəsinin sədri Cihan Kayaalp ilə keçirilən görüşlərdə Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı vəziyyəti, gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşlərdə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin digər ölkələr üçün nümunə olduğu bildirilib. Qeyd olunub ki, tarixi köklərlə bağlı olan xalqlarımız və ölkələrimiz əbədiyyətə qədər çiyin-çiyinə olacaqlar.

Xəbəri paylaş: