Zirəddindən Nərminin qətli ilə bağlı şok açıqlama-
    • 20-01-2020, 11:45
    • 1 634

Zirəddindən Nərminin qətli ilə bağlı şok açıqlama- "ZORAKILIQ GÖRÜRƏM" -VİDEO

Tanınmış ekstrasens Zirəddin Rzayev “İri Plan” Yutub kanalına maraqlı müsahibə verib. Müsahibədə o, Tovuzun Dondar Quşçu kəndində yandırılaraq öldürülən 10 yaşlı Nərmin Quliyevanın qətlin ilə bağlı fikirlərini bildirib.

O, "Gündəmdə olan məsələlərdən biri 10 yaşlı Nərminin qətli və yandırılmasıdır. Bu, ictimaiyyətdə böyük rezonans doğurub. Qatil artıq bəllidir, ancaq bəziləri onun bu hadisəni törətdiyinə inanmır. Zirəddin necə düşünür?" sualını belə cavablayıb: "Nərmin hadisəsi ilə bağlı polislərlə sıx təmasda idim. Polislər məndən informasiya istəyirdilər, amma mənə heç bir informasiya vermirdilər. Görücü Allah deyil, onun gücündən istifadə etmək üçün ona kömək etmək lazımdır. Mənə şəkil verələr, ad deyələr, qohumdu, ya qonşudu şübhələndikləri… Məsələn, 10 nəfərdən şübhələnirsiniz, onları deməlisiniz ki, mən nəsə deyə bilim. Amma mən divarla öz-özümə danışa bilmərəm. Hazırda şübhəli qismində saxlanan və cinayəti etiraf edən adama baxanda onda kişiliklə bağlı problem görürəm. Onun sağlamlığı yerində deyil – ya yarım vəziyyətdədir, ya da ümumiyyətlə onda kişilik potensialı yoxdur. Hələlik güc strukturları orda zorakılıq olub-olmaması barədə rəsmi açıqlama verməyiblər, ancaq mən nədənsə orda zorakılıq görürəm. Amma cinayətkara baxanda, onun impotent olma ehtimalının böyük olduğunu hiss edirəm və bu məni çaşdırır…