"O, mənə sevgisini məhz şəhidlərin 40-cı günü etiraf etmişdi" - AYBƏNİZ HAŞIMOVA
    • 20-01-2020, 11:57
    • 981

"O, mənə sevgisini məhz şəhidlərin 40-cı günü etiraf etmişdi" - AYBƏNİZ HAŞIMOVA

Əməkdar artist Aybəniz Haşımova şəhid olmuş həyat yoldaşı ilə fotosunu "İnstagram"da paylaşıb.

News24.az xəbər verir ki, o fotoya belə bir şərh yazıb: "90-cı illərdə saqqal saxlamaq qətiyyən dəb deyildi. Şəkildə gördüyünüz Azərbaycanın Qəhramanı, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş igid Xalid Quliyevdir. 20 Yanvar şəhidlərinin yasını tutur. Baxmayaraq ki, məni və qardaşını dostunun toyuna aparmışdı. Nə qədər israr etsəm də, o gün toya bax belə getdi. Onu düz deyirlər, “niyyətin hara, mənzilin ora”. Hər dəfə bu şəklə baxanda adamın ürəyi param-parça olur. Gənclərimiz məndən inciməsin, o dövrün oğlanları başqalarından ötrü canını fəda edirdilər. Necə ki, etdi. O, mənə sevgisini məhz şəhidlərin 40-cı günü etiraf etmişdi".

Sevda Bayramova