Ötən il Azərbaycanda 26.672 cinayət QEYDƏ ALINIB
    • 22-01-2020, 17:32
    • 797

Ötən il Azərbaycanda 26.672 cinayət QEYDƏ ALINIB

2019-cu ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26672 cinayət qeydə alınıb. 

News24.az xəbər verir ki, bunu Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında deyib.

O bildirib ki, onların 92 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 89 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib.