İsrail səfiri ilk mətbuat konfransını keçirdi
    • 24-01-2020, 10:46
    • 825

İsrail səfiri ilk mətbuat konfransını keçirdi

"Dekabr ayının 25-i 2019-cu ildə etimadnaməmi Azərbaycan prezidenti İlham Əliyevə təqdim etdim. Həmin gün mən rəsmi olaraq dost və müttəfiq  ölkəyə yüksək nümayəndə kimi işləməyə başladım və bununla qürur duyuram". 

News24.az xəbər verir ki, bu sözləri İsrailin Azərbayacan yeni təyin olunmuş səfiri Corc Dik ilk mətbuat konfransı zamanı deyib. Səfir bildirib ki, onun səfir təyin olunması Azərbaycanla İsrail arasındakı diplomatik əlaqələrin qurulmasının 28-ci ilinə təsadüf edib:"Bu günün mənim üçün bir neçə əhəmiyyətli səbəbi var. 

Birincisi ona görə ki, bu milad və yeni il həftəsidir. Həmin həftə yəhudi icması ilə mərasimdə iştirak etdim. 

İkincisi isə Milad bayramını yoldaşımla Bakıda qeyd etdim. Gözəl vaxt keçirdim. Bu mənim üçün Azərbaycanın nə demək olduğunu bəlli etdi.

Digər səbəb isə bütün dinlərin insanlarının yan-yana yaşamasıdır".